Lourayder (ing.Lowrider) — gövdəsi endirilmiş, xüsusi modifikasiyalı avtomobil.[1] Lowrider təkər çənbərləri arasındaki məsafə 13" təşkil edir. Avtomobil təkərləri hündürlüyə görə tənzimlənən və suspansiyanı təmin edən hidravlik və ya hava yastığı sistemi ilə təchiz edilmişdir. Bunun köməyilə də avtomobilin gövdəsi sahibinin əmri ilə qaldırıla və ya endirilə bilir.[2] Bu spesifik xüsusiyyətlər nəzərə alınmaqla, lourayder hər zaman gövdəsi endirilmiş avtomobil mənasını vermir. Lourayder həmçinin xüsusi bir nəqliyyat vasitəsi sinfini təsvir etmək üçün istifadə olunur.[3]
Lourayder tipli avtomobil sürücülərinə də lourayder deyilə bilər.[4]